"Şamaxı"dan ayrılan futbolçu "Sabah"ın düşərgəsinə qoşuldu

 "Şamaxı"dan ayrılan futbolçu "Sabah"ın düşərgəsinə qoşuldu

Premyer Liqada yeni mövsümə hazırlaşan "Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun komandası Rauf Rüstəmli ilə vidalaşıb.

İcarə müqaviləsi başa çatan 21 yaşlı yarımmüdafiəçi məxsus olduğu "Sabah" klubuna qayıdıb.

Qeyd edək ki, Şirvanlılar daha əvvəl Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels, Brahim Konate və Murad Vəliyevlə əməkdaşlığı dayandırıblar.