"Neftçi" baş məşqçi Yuri Vernidubla yeni müqavilə imzaladı - RƏSMİ

"Neftçi" baş məşqçi Yuri Vernidubla yeni müqavilə imzaladı - RƏSMİ

"Neftçi" baş məşqçi Yuri Vernidubla yeni müqavilə imzalayıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

"Klubumuz üçün xeyirli olsun! "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".

"Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".