Rəhim Sadıxov 200-ə çatdı

Rəhim Sadıxov 200-ə çatdı

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 31-ci turunda "Karvan-Yevlax"ı məğlub edib (1:0).

"Mediasport" xəbər verir ki, Qərb təmsilçisinin yarımmüdafiəçisi Rəhim Sadixov çempionatda 200-cü matçına çıxıb.

Matçın sonuna qədər mübarizə aparan Rəhim 200 oyunda ümumilikdə 31 qola imza atıb.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib.

O, "Sumqayıt"da 82 (17 qol), "Zirə"də 70 (10 qol), "Turan Tovuz"da 48 (4 qol) görüşə çıxıb.