Renat Türkiyədə meydana çıxdı, komandası 5:1 hesabına sevindi
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Polşanın “Motor” klubunun heyətində növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, Lublin klubundan ayrılacağı gözlənilən hücumçu komandasının Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyununda şans qazanıb.
27 yaşlı forvard Serbiyanın “İMT Belqrad” kollektivi ilə qarşılaşmada 61 dəqiqə meydanda olub.
Görüş polşalıların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Motor"da 2025-ci ilin yayından forma geyinən Renat burada cəmi 11 dəfə meydana çıxıb.
