Dadaşov Polşa liqasında debüt oyununda qol vurdu - VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Polşada debütü uğurlu alınıb.
"Mediasport" xəbər verir ki, 25 yaşlı forvard "Radomyak"ın heyətində ilk qolunu vurub.
Ekstraklassanın 22-ci turunun "Vidzev"lə matçında meydana 80-ci dəqiqədə çıxan forvard 90-cı dəqiqədə bərabərlik qolunun müəllifi olub - 1:1.
Radom təmsilçinin heyətində forma geyinən yığmamızın digər üzvü Rahil Məmmədovun adı görüşün iştirak ərizəsinə salınmayıb.
"Radomyak" 18 komandalı Yüksək Liqada 25 xalla 13-cü pillədə qərarlaşıb.