Faiq Qarayev Türkiyə üçün etdiyi xidmətlərə görə mükafatlandırıldı
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev Türkiyə Voleybol Federasiyası (TVF) tərəfindən xüsusi mükafata layiq görülüb.
"Mediasport" xəbər verir ki, təltifetmə mərasimi Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İstanbulda keçirilən Türkiyə – Azərbaycan qarşılaşması zamanı baş tutub.
Təcrübəli mütəxəssisə mükafatı TVF-nin prezidenti Mehmet Akif Üstündağ təqdim edib.
Qarayev bu mükafata Türkiyədə voleybol idman növünün inkişafındakı müstəsna xidmətlərinə və verdiyi böyük töhfələrə görə layiq görülüb.


