"Sabah"ın yeni transferi gedir

“Sabah” klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə çağırılıb.
"Mediasprot" Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper yığmanın dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara dəvət alıb.
O, komandasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına martın 17-də qoşulacaq.
Qeyd edək ki, Qazaxıstan seçməsi martın 22-də Uels, 25-də isə Lixtenşteynlə qarşılaşacaq.