APL-də yeni mövsümün püşkatmasının vaxtı məlum oldu
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, mərasim iyulun 17-də "Holiday Inn" hotelində baş tutacaq.
Tədbir saat 15:00-da başlanacaq.
Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.


