A Seriyası klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başladı

A Seriyası klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başladı

“Qarabağ”ın futbolçusu Pedro Bikalyo bu qış komandadan ayrıla bilər.

“Mediasport” xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 

Cənubi amerikalı yarımmüdafiəçini “Botafoqo” (Rio de Janeyro) transfer etmək istəyir.

A Seriyası klubunun baş məşqçisi Davide Ançelottinin göstərişi ilə komandalar arasında danışıq aparılır.

Ağdam klubunun ilkin təklifi qəbul etmədiyi bildirilir. Məlumata görə, braziliyalılar həmyerlilərini icarəyə götürmək istəyirlər, "atlılar" isə yalnız birbaşa keçidə razılıq verməyə hazırdır.

Xatırladaq ki, Bikalyonun “Qarabağ”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.