"Zirə"nin hücumçusu Azərbaycan çempionatında 25-ci qolunu vurdu

"Zirə"nin hücumçusu Azərbaycan çempionatında 25-ci qolunu vurdu

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hücumnçunun Premyer Liqanın XXX turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş forvard ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.