"Sabah"da yeni müqavilə

“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.
Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır.
O, son mövsümdə komandamızın heyətində ümumilikdə 19 oyun keçirib.