"Turan Tovuz" seçimlərə başladı

 "Turan Tovuz" seçimlərə başladı

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayıb.

"Mediasport" xəbər verir ki, 21-22 iyul tarixlərində 2013, 2014, 2015 və 2016-cı il təvəllüdlü uşaqlar sınaqdan keçiriləcək.

23-24 iyul tarixlərində isə 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü futbolçuların seçimləri həyata keçiriləcək.

Seçimlərdən uğurla keçən futbolçular akademiyaya qəbul olunacaqlar.