Azərbaycanda bunu da gördük - Qapıçı xanım kişi komandasında

Azərbaycanda bunu da gördük - Qapıçı xanım kişi komandasında

Azərbaycan futbolu tarixində ilk yaşanıb.

"Mediasport" xəbər verir ki, ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı olub.

Zülfiyyə Bayramova 1-ci Liqaya vəsiqə qazanan "Şimal" klubunda qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsinə gətirilib.

28 yaşlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarında oynayıb.

“Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olmuş Bayramova ötən ildən “Baku Juniors” komandasının üzvüdür.

O, Azərbaycan millisinin də şərəfini qoruyub.