"Qəbələ" Yevlaxda sevindi, "Kəpəz" "Araz-Naxçıvan"a məğlub oldu
Azərbaycan Premyer Liqasında 32-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma baş tutub.
Çempionatı tərk edəcəyi dəqiqləşən "Karvan-Yevlax" doğma azarkeşlər önündə "Qəbələ"yə də uduzub.
"Kəpəz" isə "Araz-Naxçıvan"a məğlub olub.
Turun digər görüşləri 16-17 mayda baş tutacaq.
Azərbaycan Premyer Liqası. 32-ci tur
15 may
"Karvan-Yevlax" - "Qəbələ" 1:2
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu.
"Araz-Naxçıvan" - "Kəpəz" 2:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"SOCAR Polymer Arena".


