Avropa çempionatında PÜŞK: Millimizin rəqibləri məlum oldu

Avropa çempionatında PÜŞK: Millimizin rəqibləri məlum oldu

2026-cı ildə Azərbaycanın da ev sahibliyini edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir İtaliyanın Bari şəhərindəki Norman-Svabian Qalasında təşkil edilib.

Ardıcıl 11-ci dəfə qitə birinciliyinə qatılacaq millimizin rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaqlar.

Qrupda 4 yerdən birini tutacaq kollektiv 1/8 finala vəsiqə qazanacaq.

Qeyd edək ki, Avro-2026-nın C qrupunun görüşləri Bakıda keçiriləcək.

Yarışın digər qruplarında matçlar Türkiyə, Çexiya və İsveçdə baş tutacaq.

Turnir avqustun 21-dən sentyabrın 6-dək reallaşacaq.