Ardıcıl ikinci mövsümdə də Azərbaycan çempionu oldular!

Ardıcıl ikinci mövsümdə də Azərbaycan çempionu oldular!

Kişi voleybolçular arasında Yüksək Liqada 2024/2025-ci illər mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, finalın ikinci oyunu ilə Azərbaycan çempionun adına aydınlıq gətirilib.

Milli Gimnastika Arenasında keçirilən həlledici görüşün ikinci seriyasında da “Murov Az Terminal”a qalib gələn “Azərreyl” ardıcıl ikinci mövsümdə çempionluq tituluna yiyələnib.

İlk dueli 3:0 hesabı ilə qazanan "dəmiryolçular" bu dəfə rəqibə bir set veriblər - 3:1.

Qeyd edək ki, bürünc medalların sahibi “Xilasedici” komandası olub.