"Gəncə"dən növbəti transfer

2025-26 mövsümünə hazırlığını davam etdirən "Gəncə" daha bir transferi rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" Əhyaxanım Fərzullayeva ilə müqavilə imzalayıb.
Ötən mövsümü "Murov AzTerminal" klubunda keçirən oyunçu karyerası ərzində "Milli Aviasiya Akademiyası"nın da formasını geyinib.