Millimiz Latviyaya yollandı

 Millimiz Latviyaya yollandı

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Latviyaya yola düşüb.

"Mediasport" xəbər verir ki, 20-23 noyabr tarixlərində Latviyanın Dauqavpils şəhərində keçiriləcək yarışda komandamız B qrupunda mübarizə aparacaq.

Rəqiblərimiz Estoniya və Ukrayna yığmaları olacaq.

U-18 millimizin heyəti:

Baş məşqçi: Cahangir Seyed Abbasi

Məşqçi: Akif Vəliyev

Oyunçular: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı, Məhəmməd Bayramov.