Çempionluğa iddialılar həlledici oyunlarını səfərdə keçirəcəklər

Çempionluğa iddialılar həlledici oyunlarını səfərdə keçirəcəklər

Futbol üzrə Azərbaycan 2-ci Liqasında sonuncu - 27-ci turun təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu tur çempion müəyyənləşəcək.

Qızıl medallar uğrunda mübarizədə lider "Xankəndi" Şəmkirdə, ən yaxın izləyicisi "Qaradağ Lökbatan" isə Şirvanda meydana çıxacaq.

Hazırda 26 turdan sonra qarabağlılar 73 xalla turnir cədvəlinə başçılıq edirlər.

Qaradağ təmsilçisinin hesabında 70 xal var.

Tur 2 oyun gününü əhatə edəcək və bütün matçlar 17:00-da start götürəcək.

Azərbaycan 2-ci Liqası. 27-ci tur

17 may (bazar)

"Kür-Araz" - "Araz Saatlı"

Heydər Əliyev adına İmişli şəhər stadionu.

"Göygöl" - "Ağdaş"

Göygöl OİK stadionu.

"Ağstafa Gəncləri" - "Sheki City"

Ağstafa şəhər stadionu.

18 may (bazar ertəsi)

"Şirvan" - "Qaradağ Lökbatan"

Şirvan OİK stadionu.

"Şəmkir" - "Xankəndi"

Şəmkir OİK stadionu.

"Quba" - "Dinamo"

Quba OİK stadionu.