Daha bir məşhur futbolçu milli komanda karyerasını başa vurdu
Daha bir məşhur futbolçu milli komanda karyerasını başa vurub.
"Mediasport" xəbər verir ki, söhbət Belçika yığmasının hücumçusu Romelu Lukakudan gedir.
33 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millidən getdiyini açıqlayıb.
Xatırladaq ki, forvard son 16 ildə yığmada 135 oyun keçirib, 94 qol vurub.
O, indiyədək komanda ilə birlikdə 4 dəfə dünya çempionatı, 3 dəfə isə Avropa çempionatının final mərhələsində mübarizə aparıb.
Lukaku klub karyerasını Türkiyədə ("Fənərbağça") davam etdirir.

