"Qarabağ" braziliyalı ilə ilkin danışıqları müsbət yekunlaşdırdı
"Qarabağ" yeni müqaviləyə hazırlaşır.
"Mediasport"a verilən məlumata görə, Ağdam klubu Mateus Silva ilə əməkdaşlığı uzadacaq.
Qurban Qurbanovun təlimatı üzərinə braziliyalı ilə aparılan ilkin danışıqlar müsbət yekunlaşıb.
"Qəbələ" ilə matçda komanda yoldaşı Marko Yankoviçlə mübahisəyə görə cəzalandırıldığı deyilən cənubi amerikalı burada özünü xoşbəxt hiss etdiyini və qalmaq istədiyini açıqlayıb.
Yeni anlaşmanın bugünlərdə rəsmiləşəcəyi gözlənilir.
Xatırladaq ki, "Qarabağ"da 2023-cü ilin yayından forma geyinən 29 yaşlı cinah müdafiəçisinin "atlılar"la əvvəlki anlaşması yaya qədərdir.

