Elnur Cəfərov mükafatlandırıldı

 Elnur Cəfərov mükafatlandırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında "Ayın qolu” layihəsinin növbəti qalibi mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilən "Şəfa"nın futbolçusu Elnur Cəfərov hədiyyəsini "Qəbələ" ilə 12-ci tur görüşündən əvvəl alıb.

Yarımmüdafiəçiyə mükafatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov təqdim edib.