Peşəkar Futbol Liqası Sumqayıt stadionu ilə bağlı qərar verdi

 Peşəkar Futbol Liqası Sumqayıt stadionu ilə bağlı qərar verdi

Peşəkar Futbol Liqası (PFL) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı qərar çıxarıb.

"Mediasport" xəbər verir ki, şəhərin eyniadlı komandası Premyer Liqanın 12-ci turunun "Sabah"la görüşünü məhz mərkəzi arenada keçirəcək.

Stadionda aparılan yenidənqurma-bərpa işləri tamamlanıb, ot örtüyü yaxşı vəziyyətə gətirilib.

PFL rəsmiləri stadionu təftiş edərək oyunların keçirilməsi üçün müsbət rəy verib.

Noyabrın 20-də reallaşacaq görüş saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisi mövsümün əvvəlindən bu yana bütün rəqiblərini "Socar Polymer Arena"da qəbul edib.