Ramazan Əhmədov dünya çempionatında finala çıxdı

Ramazan Əhmədov dünya çempionatında finala çıxdı

Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulub.

Aslan Kotsoyev, Süleyman Şükürov (hər ikisi 90 kq), Canpolad Əliyev, Davud Namazlı, Ramazan Əhmədov (hər üçü -+100 kq) tatamiyə çıxıb.

Onlardan yalnız iki təmsilçimiz medalın biraddımlığına yaxınlaşıb.

Bütün rəqiblərini məğlub edən Ramazan Əhmədov finala yüksəlib. O, həlledici dueldə türkiyəli İbrahim Tataroğlu ilə qarşılaşacaq.

Davud Namazlı isə medal görüşünə çıxacaq.

Xatırladaq ki, mundialda bunadək Məhəmməd Musayev (66 kq) dünya üçüncüsü olub.