"Qarabağ"la oyunun biletlərini 2 manatdan satışa buraxdılar
Noyabrın 22-də Gəncədə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 2, 3, 5, 10 və 20 manat təşkil edir.
Azarkeşlər biletləri iticket.az saytı vasitəsilə və ya Gəncə şəhər stadionunun kassalarında əldə edə bilərlər.
Qarşılaşma saat saat 17-də başlanacaq.

