Emin Mahmudov ABŞ-nin məşhur "Times Square" meydanında

Emin Mahmudov ABŞ-nin məşhur "Times Square" meydanında

Milli komanda karyerasını başa vuran Emin Mahmudovun fotosu ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur "Times Square" meydanındakı böyük ekranda nümayiş etdirilib.

"Mediasport" xəbər verir ki, bu barədə “PR to SKY” şirkətinin “Instagram” səhifəsində paylaşım edilib.

Paylaşımda futbolçunun milli ilə vidalaşmasına diqqət çəkilib.

Yarımmüdafiəçinin Azərbaycan yığması tarixində ən çox qol vuran futbolçu olduğu vurğulanıb.

Qeyd edək ki, “PR to SKY” Nyu-Yorkda fəaliyyət göstərən qlobal ictimaiyyətlə əlaqələr və kommunikasiya agentliyidir.

Agentlik "Times Square" də daxil olmaqla, beynəlxalq reklam platformalarında rəqəmsal bilbord xidmətləri göstərir.

Xatırladaq ki, Emin Mahmudov millinin heyətində 66 oyun keçirib və 16 qolla ən məhsuldar futbolçudur.