10-cu dəfə ölkə çempionu oldular
Futbol üzrə Baziliya A seriyasında 2026-cı ilin ölkə çempionu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, çempionatın qalibi sona 2 tur qalmış "Flamenqo" olub.
Rio-de-Janeyro təmsilçisi uğurunu 36-cı turda "Palmeyras"la heç-heçə (1:1) edərək rəsmiləşdirib.
Tarixində 10-cu çempionluğunu rəsmiləşdirən komanda topladığı 80 xalla ən yaxın izləyicisi olan "Palmeyras"ı 6 xal qabaqlayır.

