Bu gün üç cüdoçumuz mübariz aparacaq - Dünya çempionatı

Bu gün üç cüdoçumuz mübariz aparacaq - Dünya çempionatı

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

Mehdi Abbasov və Cəsur İbadlı (hər ikisi 81 kq) 1/32 finalda yarışacaq, Hanna Zaytseva (63 kq) isə mübarizəyə 1/16 finaldan başlayacaq.

Xatırladaq ki, komandamız ilk gündə bir medal qazanıb. Məhəmməd Musayev (66 kq) dünya üçüncüsü olub.

Ölkəmiz mundiala 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə yollanıb.