"Qarabağ"la oyuna görə Gəncədə ictimai nəqliyyat gücləndiriləcək

 "Qarabağ"la oyuna görə Gəncədə ictimai nəqliyyat gücləndiriləcək

Noyabrın 22-də Premyer Liqanın 12-ci turu çərçivəsində Gəncədə keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu ilə əlaqədar ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq.

"Mediasport" xəbər verir ki, matçı stadiondan 15 mindən çox azarkeşin canlı izləyəcəyini nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsi klubun müraciətini müsbət cavablandırıb.

İdarənin qərarına əsasən, saat 15-dən etibarən Gəncə şəhər stadionu istiqamətində olan marşrut xətlərində hərəkət intensivləşəcək, avtobusların sayı artırılacaq.

Tamaşaçıların oyundan sonra evə rahat qayıtması üçün gücləndirilmiş iş rejimi həmin gün saat 20-dək davam edəcək.