Azərbaycan klubu avrokubokda polyaklara 0:12 hesabı ilə uduzdu

 Azərbaycan klubu avrokubokda polyaklara 0:12 hesabı ilə uduzdu

Azərbaycanı UEFA Regionlar Liqasında təmsil edən "Zəngəzur"klubu qrupda ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 7-ci qrupda yer alan komandamız 1-ci turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 12:0.

Yarış Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunur.

"Zəngəzur" noyabrın 24-də Türkiyənin "İstanbul", 27-də isə Rumıniyanın "Karpatians" klubu ilə üz-üzə gələcək.