Elnur Məmmədli "Qəbələ"yə keçdi

 Elnur Məmmədli "Qəbələ"yə keçdi

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

"Mediasport" xəbər verir ki, Elnur Məmmədli mətbuat xidmətinin rəhbəri təyin edilib.

O, 2023-cü ildən çalışdığı AFFA-dan bir neçə gün öncə ayrılıb.

Xatırladaq ki, Elnur Məmmədli idman jurnalistikası karyerasına ötən əsrin sonlarında başlayıb, müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.