İntizam Komitəsi "Neftçi"nin futbolçusuna sərt cəza verdi

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
"Mediasport" xəbər verir ki, buna səbəb müdafiəçinin Azərbaycan Premyer Liqasının 3-cü turunun "Turan Tovuz"la matçında qırmızı vərəqə alması olub.
İqor qarşılaşmanın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib.
"Ağ-qaralar" isə 3000 manat cərimələnib. Eyni zamanda, paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat da ödəyəcək.
Bununla yanaşı, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub.