"Ayrı-seçkilik etmirik, irəli xətdəki hər bir futbolçudan qol gözləyirik"
"Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri qadınlar futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
O, sabah Macarıstanla keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunundan öncə matçla bağlı fikirlərini bölüşüb:
"Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Ayrı-seçkilik etmirik. Sevinc qollarla hər kəsi sevindirir. Tək Sevincdən yox, irəli xətdəki hər bir futbolçudan qol gözləyirik".
Mütəxəssis komandasının oyun praktikasından əziyyət çəkdiyini söyləyib:
"Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harada boşluqlar verdiyini bilirik. Rəqib ad olaraq yaxşılardandır. Psixoloji problemimiz yoxdur. Oyun praktikasından əziyyət çəkirik. Türkiyədə oynayan futbolçularımız var. Orda çempionat tez bitib”.
Çalışdırıcı Şimali Makedoniya ilə oyundan da söz açıb:
"Futbolçularımızın sayı limitlidir. Oyunlar arasında 3 gün fərq var. 90 dəqiqə oynayan qızların əksəriyyətinin kürəyi ağrıyır. Psixoloji yox, fiziki zəiflik olur".


