Aleksandr Jukovski Azərbaycan yığmasına baş məşqçi təyin edildi

Aleksandr Jukovski Azərbaycan yığmasına baş məşqçi təyin edildi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını, il ərzində həyata keçirilmiş layihələri və qazanılmış nəticələri təqdim edib.

Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Qərara əsasən, federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyanın sədri seçilib.

İclasda həmçinin kanoe üzrə yığmaya Aleksandr Jukovskinin baş məşqçi təyin edilməsi təsdiqlənib.

Akademik avarçəkmə üzrə millinin baş məşqçisi Volodimir Morozovun isə növbəti Olimpiya dövrü üçün fəaliyyətini davam etdirməsi qərara alınıb.

Qeyd edək ki, iclasda federasiyaya yeni üzvlər də seçilib.