Millimizin üzvləri Avropa çempionatında yarışacaqlar

 Millimizin üzvləri Avropa çempionatında yarışacaqlar

Azərbaycan avarçəkənləri Macarıstanın Seged şəhərində kayak, kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Bu barədə "Mediasport"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qitə çempionatında ölkəmiz dörd idmançı ilə təmsil olunacaq.

Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoedə isə Hüseyn Səmədli və Tatyana Smilovenko mübarizə aparacaqlar.

Yarış iyulun 23-26-sı aralığında təşkil olunacaq.