"Gələcəkdə burada Dünya Kuboku səviyyəsində yarışlar keçirilə bilər"
"Hər il iştirakçı sayında dəyişiklik olur, müəyyən yeniliklər edilir. Bu il yarışda Çexiya, İsveç və Rumıniya kimi yeni ölkələr var.
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev deyib.
O, bu gün Ağdərədə Sərsəng su anbarında start götürən “Prezident Kuboku 2026” beynəlxalq reqatası zamanı mətbuat konfransında iştirak edib.
Federasiya rəsmisi hər il yarışın coğrafiyasının dəyişdiyini bildirib:
“Gələcəkdə burada Dünya Kuboku səviyyəsində yarışlar keçirilə bilər. Azərbaycan idmançılarının potensialı yüksəkdir. Yerli avarçəkənlərin səviyyəsi ildən-ilə artır, nəticələri isə yaxşılaşır".
