Anri "Qarabağ"ın sirrini tapıb: "Məncə, ən güclü tərəfləri budur"

Anri "Qarabağ"ın sirrini tapıb: "Məncə, ən güclü tərəfləri budur"

"Bu həftə sosial media hesablarım Azərbaycan bayrağı ilə dolmuşdu. Səhəri minlərlə mesajla açmışam. Mən, sadəcə, həqiqəti deməyə çalışdım".

"Mediasport" xəbər verir ki, bu sözlər Fransa milli komandasının sabiq futbolçusu Tyerri Anriyə məxsusdur.

ABŞ-nin "CBC Sports" kanalınının eksperti olan dünya şöhrətli veteran yenidən "Qarabağ"ın çıxışları haqda danışıb:

"Qarabağ" həqiqətən çox yaxşı komandadır. Topla və ya topsuz oyunda çox uğurla çıxış edirlər. Məncə, ən güclü tərəfləri məhz budur".

Proqramın digər aparıcısı, "Liverpul"un sabiq əfsanələrindən Ceymi Karrager də Azərbaycan çempionunun Portuqaliya səfərində "Benfika" üzərində möhtəşəm qələbəsinə (3:2) toxunaraq Anriyə dəstək olub:

"Bütün Avropa sənin təxminindən danışır. "Qarabağ" haqda dediklərinə mən də qoşuluram. Həqiqətən diqqətçəkən komandadır. Topla və ya topsuz oyunda göstərdikləri nizam-intizam və keyfiyyət onları fərqli edir".

Xatırladaq ki, Tyerri Anri ÇL-in əsas mərhələsinin ilk turunda iki komandanın sürpriz edəcəyini vurğulayaraq, "Qarabağ"ın Lissabon və "Olimpik"in (Marsel) isə Madrid səfərindən xalla qayıda biləcəyini qeyd etmişdi.