"Araz-Naxçıvan" Yevlax səfərindən qələbə ilə qayıtdı - YENİLƏNDİ

"Araz-Naxçıvan" Yevlax səfərindən qələbə ilə qayıtdı - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tur davam edir.

"Mediasport" xəbər verir ki, turun ikinci oyun günündə bir matç keçirilib.

Autsayder "Karvan-Yevlax" doğma azarkeşləri qarşısında "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş qonaqların qələbəsilə yekunlaşıb - 2:0.

Tura sabah yekun vurulacaq.

Xatırladaq ki, turun "Neftçi" - "Qarabağ" görüşü ikincilərin Çempionlar Liqası matçı ilə əlaqədar təxirə salınıb.