Rəşad Sadıqov "Qarabağ"a 0:4-ü belə şərh etdi: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi"

Rəşad Sadıqov "Qarabağ"a 0:4-ü belə şərh etdi: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi"

“İlk yoxlama oyunumuz idi. Birinci matçımız olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq".

"Mediasport" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis "Qarabağ"la yoxlama matçı haqda danışıb, 0:4 hesablı məğlubiyyəti şərh edib:

"Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi. Hazırda əsas məqsədimiz qarşıdakı Türkiyə toplanışında keçirəcəyimiz oyunlarda daha yaxşı çıxış edib formamızı yüksəltmək və ideal vəziyyətdə olmaqdır”.