ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"la vidalaşdı
ABŞ-nin “Kolumbus Kryu” klubuna transfer olunan Nəriman Axundzadə "Qarabağ"la vidalaşıb.
"Mediasport" xəbər verir ki, 21 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
21 yaşlı forvard kollektiv şəkil paylaşaraq Ağdam klubuna təşəkkürünü çatdırıb:
“Çox sağ ol, böyük “Qarabağ” ailəsi”.
Qeyd edək ki, Nəriman MLS təmsilçisi ilə 3,5 illik müqavilə bağlayıb.
