Coy-Lens Mikels: "Düzünü desəm, o epizodda şans məndən yana idi"
"Asan matç olmasa da, öz oyunumuzu oynamağa çalışdıq. Yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, xüsusən ikinci hissədə rəqibdən daha yaxşı görünürdük".
"Mediasport" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.
UEFA Çempionlar Liqasının "Slaviya" ilə 2-ci tur oyununun ən yaxşısı seçilən almaniyalı hücumçu təəssüratlarını bölüşüb.
"Rəqibin necə oynayacağını bilirdik. Buna uyğun hazırlaşmışdıq. Qələbəyə görə çox qürur duyuruq. Stadiona gələn azarkeşlərə təşəkkür edirik.
Ancaq növbəti turda "Borussiya"ya qarşı daha yaxşı oynamalıyıq. Vurduğum qola, seçilməyimə gəldikdə, xüsusi hisslərdir, lakin düzünü desəm, o epizodda şans da məndən yana idi.
Bütün komanda yoldaşlarım, xüsusilə bəziləri müdafiədə parlaq oyunları ilə buna məndən daha çox layiq idilər".
Xatırladaq ki, "Sabah"ın Çexiya klubunu 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada təmsilçimizin ikinci qolunu Mikels vurub.

