"Şamaxı" rəhbərliyi komandaya baş məşqçi tapdı - GÖRÜŞ OLDU
"Şamaxı" rəhbərliyi komandaya yeni baş məşqçi tapıb.
"Mediasport"a verilən məlumata görə, şirvanlıları yeni mövsümdən Azər Bağırov çalışdıracaq.
Tərəflər arasında ilk görüş də baş tutub və şifahi razılıq əldə edilib.
Fövqəladə hal baş verməsə, mütəxəssislə iki illik müqavilə bağlanacaq.
Əyalət təmsilçisi məsələni yayda vidalaşacağı Ayxan Ababsovla da müzakirə edib.
Fəaliyyətini təkcə Azərbaycan milli komandasında davam etdirəcək Abbasov rəhbərliyə əcnəbi məşqçi gətirmək fikrinin yaxşı ideya olmadığını bildirib.
Xatırladaq ki, hazırda "Kəpəz"ə rəhbərlik edən Azər Bağırovun mövsüm başa çatan kimi Gəncə klubundan ayrılacağı gözlənilir.
