Kurban Berdiyev: "Bu da rəqabətin güclü olacağından xəbər verir"

Kurban Berdiyev: "Bu da rəqabətin güclü olacağından xəbər verir"

"Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu".

"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qəbələ" ilə oyununu (1:0) şərh edib.


Tavareşin uzun müddət zədədən sonra start heyətində olması və yeni transfer Balau haqda düşüncələriniz necədir?

- Komandaya yaxşı adaptasiya oldular hər ikisi. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir. 

90 dəqiqə ərzində 2 futbolçunuz zədələndi. Bu, təlim-məşq toplanışının ağır keçməsindən xəbər verir?

- Hər iki zədə fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu, təlim-məşq toplanışı ilə bağlı ola bilər?