VİDEO: "Arsenal" vacib oyunda "Mançester Siti"yə məğlub oldu

VİDEO: "Arsenal" vacib oyunda "Mançester Siti"yə məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, həftənin mərkəzi matçı Mançesterdə baş tutub.

Lider "Arsenal" ən yaxın izləyicisi "Mançester Siti"nin qonağı olub.

London təmsilçisi üzərində vacib qələbə qazanan "şəhərlilər" xal fərqini 3-ə endiriblər. Qələbə topunu fasilədən sonra çempionatın bombardiri Erlinq Haaland vurub - 2:1.

70 xalla lider olan "topçular"ın ən yaxın izləyicisinin ehtiyatda bir matçı var.

58 xalla 3-4-cü yerləri bölüşən "Mançester Yunayted"lə "Aston Villa" isə növbəti kritik qələbələrlə mövqelərini qoruyublar.