Gəncə stadionunda yeni rekord

Gəncə stadionunda yeni rekord

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu XII turun “Kəpəz” – “Qarabağ” görüşünə (0:0) təsadüf edib.

Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı.

IV turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.