"Sabah" və "Araz-Naxçıvan" növbəti mərhələdə, "Zirə" məğlub oldu

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, "Sabah" Bakıda keçirilən cavab oyununda da "Petrokub"u məğlub edərək 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə bərabərə qalıb və növbəti mərhələyə adını yazdırıb.
"Zirə" isə Xorvatiyada "Hayduk"a məğlub olub və cari mövsüm avrokuboklarda mübarizəni dayandırıb.
"Sabah" III raundda “Levski” (Bolqarıstan), "Araz-Naxçıvan" isə “Omoniya” (Kipr) ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
"Sabah" (Azərbaycan) - "Petrokub" (Moldova) 4:1 İlk oyun - 2:0
Baş hakim: Danilo Nikoliç (Serbiya)
Masazır, “Bank Respublika Arena”.
"Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" (Azərbaycan) 2:2 İlk oyun - 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu.
"Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) 1:1 ə.v. 1:0 İlk oyun - 1:1
Baş hakim: Luka Payretto (İtaliya)
Split, “Polyud” stadionu.