"Turan Tovuz"un "Karvan-Yevlax" üzərində qələbəsi yubiley oldu

"Turan Tovuz"un "Karvan-Yevlax" üzərində qələbəsi yubiley oldu

Azərbaycan Premyer Liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

"Mediasport" xəbər verir ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb.

2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.