Millimiz İngiltərəyə qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.
"Mediasport" xəbər verir ki, B Liqasının B qrupunda yer alan komandamız İngiltərə yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş futbolçularımızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.
Yığmamız qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.


