Azərbaycan güləşçiləri dünya çempionatında gücünü sınayacaq

 Azərbaycan güləşçiləri dünya çempionatında gücünü sınayacaq

Azərbaycanın çimərlik güləşi üzrə milli komandası Yunanıstanın Katerini şəhərində keçiriləcək U-17 dünya çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmiz baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 10 pəhləvanla təmsil olunacaq.

Mundialda ilk dəfə qızlardan ibarət millimiz də yarışacaq. Ülviyyə Musayeva (55 kq) və Rəna Nuriyeva (65 kq) debüt edəcəklər.

Oğlanların mübarizəsində isə Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq), Elvin Hacıquliyev, Nihad Süleymanlı (hər ikisi 80 kq), Möhlət Qasımov və Elgün Kərimli (hər ikisi 90 kq) gücünü sınayacaq.

Bu gün start götürəcək dünya birinciliyində I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.