Azərbaycan, Gürcüstan və Rumıniya milliləri Bakıda toplaşır

Azərbaycan, Gürcüstan və Rumıniya milliləri Bakıda toplaşır

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışı start götürəcək.

"Mediasport" xəbər verir ki, hazırlıq prosesində Azərbaycan, Gürcüstan və Rumıniya milliləri iştirak edəcəklər.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək idmançı qatılacaq.

Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Böyük İpək Yolu” yarışı aprelin 2-7-də keçiriləcək.